Antarktidada başı və qanı şəffaf olan yeni balıq aşkar edildi

 23:55 14.01.2022     118

Antarktidanın buzla örtülü Ueddel dənizində 60 milyon balıqdan ibarət çoxalma koloniyası aşkar edilib. Aşkar edilmiş koloniyanın ilk dəfə olaraq alimlər tərəfindən fotoşəkilləri çəkilib.

Redaktor.az xəbər verir ki, Malta ölçüsündə bir ərazini əhatə edən və əvvəllər naməlum ekosistemi özündə əks etdirən bu, heyrətamiz bir kəşf kimi təsvir edilib.

Dünyanın ən böyük məlum ərazisi hesab edilən geniş koloniyada şəffaf kəllə və şəffaf qana malik qeyri-adi buz balığı (Neopagetopsis ionah) yaşayır. Buz balıqları qırmızı qan hüceyrələri olmayan yeganə onurğalılardır.

Aşağı temperaturda yaşamaq üçün bu kristalların böyüməsinə mane olan şəffaf qanında antifriz zülalı olan buz balığı Alman qütb tədqiqat gəmisi Polarstern tərəfindən kəşf edilib.

Gəmiyə quraşdırılmış xüsusi kamera sistemi ilə görüntülər çəkən alimlər okean axınlarına diqqət yetirərkən yuvaların kəşf edilməsini “sürpriz” hesab ediblər.

Tədqiqatçılardan biri Autun Purser "Biz dörd saat ərzində balıq yuvasından sonra balıq yuvası gördük və bu müddət ərzində dəniz dibinin bəlkə də altı kilometrini (3,7 mil) təsvir etdik"- deyib.

“Current Biology” jurnalında dərc olunan araşdırmanı şərh edən Purser, "Okeanoqraf olaraq 15 ildə heç vaxt belə bir şey görməmişəm. Bu dalışdan sonra sahildə bu növ balıqlardan xəbəri olan mütəxəssislərə e-poçt göndərdik. Onlar dedilər. bəli, olduqca unikaldır",- deyə bildirib .

 

İLTİFAT