Bu balıq 146 min dollara satıldı

 18:21 18.01.2022     453

Yaponiyada Sakit okean mavi üzgəcli tuna balığı 16,9 milyon yenə (146 497, 65 dollar) satılıb.

Redaktor.az xəbər verir ki, Aomori əyalətinin sahillərində tutulan 211 kiloqramlıq nəhəng balıq Tokiodakı Toyosu topdansatış bazarında ənənəvi Yeni il hərracında satılıb.

Nəhəng tuna balığını Yamayuki şirkətinin köməyi ilə “Onodera Group” restoranlar şəbəkəsi alıb.

Bu balıqdan hazırlanan suşi yalnız Yaponiyada deyil, şirkətin Nyu-York və Şanxaydakı bütün restoranlarında da müştərilərə təklif olunur.

Vumart və Güvən reklamı Vumart Güvən