“TikTok”da qızlara hədiyyə atan kişilərin çoxu evlidir -MÜTƏXƏSSİS AÇIQLADI

 01:49 20.01.2022     356

“TikTok”da pul xərcləyənlərin çoxu evli insanlardır.

Redaktor.az xəbər verir ki, bu sözləri kibertəhlükəsizlik üzrə mütəxəssis Elman Mütəllim deyib.

O bildirib ki, son iki ay ərzində onlara edilən müraciətlərdə qızlara hədiyyə jetonlar ataraq, xərclədikləri pulları qaytarmaq istəyən kişilərin çoxu evlidir:

“Qızlara xərclədikləri pulları qaytarmaq istəyən 10 kişidən 9-u evlidir. Bunu qızların canlıda onların adını çəkməsi üçün etdiklərini deyiblər. Kişilərin xərclədiyi ən böyük məbləğ 4 min, ən az isə 876 manatdır” (lent.az).