Üçgözlü buzov doğuldu – möcüzə saydılar
Hindistanda doğulan üçgözlü buzov ölkə gündəmini məşğul edib.
Redaktor.az-ın xəbərinə görə, Şatisqar ştatında doğulan üçgözlü buzovu görməyə minlərlə adam gəlib.
İnəklərin müqəddəs hesab edildiyi ölkədə bu hadisə ilahi möcüzə hesab edilir.












