Məşhur hindli yogi Azərbaycan paxlavasını vəsf edir - VİDEO

 21:32 22.01.2022     760

Sadhquru kimi tanınan məşhur hind yogi Caqqi Vasudev özünün “İnstaqram” səhifəsində Bakıdan daha bir video yayımlayıb.

Redaktor.az xəbər verir ki, Sadhquru “İçərişəhər”də ənənəvi Azərbaycan paxlavasını dadıb və onun dadından həzz aldığını gizlətmir.

Sadhquru etiraf edir: “Bu, indiyə qədər daddığım ən ləzzətli paxlavadır”.

Qeyd edək ki, Sadhquru bütün dünyada yoqa proqramları həyata keçirən “İsha Foundation” xeyriyyə təşkilatının təsisçisidir. Fond bir milyondan çox könüllü tərəfindən dəstəklənir.

Sadhguru yoqa mövzusunda bir çox kitab müəllifidir. O, World Peace Summit, Birləşmiş Millətlər Təşkilatı, Davos Beynəlxalq İqtisadi Forumu, TED konfransı və s. kimi nüfuzlu beynəlxalq forumların hər zaman arzu edilən qonağıdır.

 

2
Vumart və Güvən reklamı Vumart Güvən