"Ərim prezident seçilsə sizi həbs etdirəcəm" - Prezidentliyə namizədin arvadı

 05:32 25.01.2022     558

Cənubi Koreya prezidentliyinə namizədin Yun Suk Yolun arvadı ay ərzində ikinci qalmaqallı açıqlamasını verib.

Redaktor.az xəbər verir ki,  mühafizəkar Xalq üçün Hakimiyyət Partiyasının namizədinin arvadı Kim Keon-hi bildirib ki, əri seçiləcəyi təqdirdə tənqid yazan jurnalistləri həbs  etdirəcək.

Yerli qəzetlərdən birinə müsahibəsində qadın ərini tənqid edən jurnalistlər barədə bunu deyib: “Mən Mavi Evə (Koreya prezidentinin iqamətgahı – red.) ayaq basan kimi onların hamısını həbsxanaya yollayacam” (lent.az).

Vumart və Güvən reklamı Vumart Güvən