Gürcü xəngəli yemək üzrə yarış keçiriləcək

 21:54 10.02.2022     410

Rusiyanın paytaxtı Moskvada gürcü xəngəli yemək üzrə yarış keçiriləcək.

Redaktor.az xəbər verir ki, əsas yarışa düşmək üçün ilk növbədə seçmə mərhələdən keçmək lazım gələcək.

Seçmə mərhələdə iştirakçıları bir dəqiqə ərzində mümkün qədər çox gürcü xəngəli yeməli olacaqlar.

Daha sonra iştirakçılardan bir qismi həlledici mərhələyə vəsiqə qazanacaqlar və final yarışması baş tutacaq.

Finalda isə iştirakçılara iki dəqiqə vaxt veriləcək.

Birinci yerin qalibi 500 min rubl (təxminən 6 500 dollar) pul mükafatı qazanacaq (oxu.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən