"Google Map"lə tarixi şəhəri tapdı
Sosial media istifadəçisinin "Google Map"lə etdiyi kəşfi təəccüb doğurub.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bir vaxtlar 65.000-dən çox insanın yaşadığı, lakin indi İraqın səhra qumları ilə örtülərək, yox olma təhlükəsi ilə üz-üzə qalmış Ur şəhərini tapıb.
"Tapıntı" sosial medyada böyük marağa səbəb olub.
Qeyd edək ki, bu tarixi məskənin, təqribən, 4000 il yaşı olduğu iddia olunur.













