Nostaljik hisslər yaşamaq ağrı hissini azaldır
Alimlərin iddiasına görə, nostalji hissinin bizə mühüm faydaları da var.
Redaktor.az xəbər verir ki, nostalji yaşamağın ağrıları hiss etməyimizə təsiri var.
Araşdırmanı edən tədqiqatçılar bildirir ki, bu hissin baş ağrıları və yüngül klinik ağrılar kimi ağrıları aradan qaldırmaq üçün qeyri-dərman terapiyası kimi istifadə edilə bilər.
Nostaljinin ağrıya təsirinin olub-olmadığını müəyyən etmək üçün Çin Elmlər Akademiyasının tədqiqatçıları yetişkin iştirakçıların beyin fəaliyyətini ölçərkən, göstərilən şəkillərin nostalji səviyyəsini və verilən ağrı hissini qiymətləndirmələrini istəyib.
Göstərilən şəkillər arasında əvvəllər məşhur olan şirniyyat, cizgi filmləri və məktəb həyətində oynanılan oyunlar kimi orta uşaqlıq dövrünə aid səhnələr və əşyalar, nəzarət qrupunda isə müasir gündəlik həyatdan müvafiq səhnələr və əşyalar iştirakçılara nümayiş etdirilib. .
Bu təcrübənin sonunda insanların nostaljik şəkilləri gördükləri zaman ağrı qiymətləndirməsində daha aşağı səviyyədə ağrı hiss etdikləri ən böyük təsirin isə aşağı intensivlikli ağrılarda yaşandığı müşahidə edildi.
Bundan əlavə, ağrının qavranılmasında rol oynayan iki beyin bölgəsində, nostaljik görüntülər izlənərkən, aktivliyinin azaldığı müəyyən edilib. Buna görə bədən və korteks arasında məlumat ötürülməsindən məsul olan beyin bölgəsi talamusda meydana gələn fəaliyyət həm nostalji, həm də ağrı dərəcələri ilə əlaqədardır; talamusun nostalji məlumatlarını birləşdirə və ağrı yollarına ötürə biləcəyi aşkar edilib.












