"Su pərisi" mumiyası TAPILDI

Yaponiyada tədqiqatçılar 300 yaşlı “su pərisi mumiyasının” mənşəyini tapmaq üçün testlər aparmağa başlayıblar.
Redaktor.az xəbər verir ki, Avropaya ixrac üçün istehsal edilmiş bir əşya olma ehtimalı olan qəribə görünüşə malik tapıntının 1700-cü illərin əvvəllərinə aid olduğu güman edilir.
Dırnaqları və dişləri, başında tüklər və bədəninin aşağı hissəsində pulcuqlar olan mumiyalanmış obyekt Kuraşiki Elm və İncəsənət Universitetinin heyvan xəstəxanasına kompüter tomoqrafiyasına göndərilib.