Rusların bombardımanından sağ çıxan Mariannanın qızı oldu - FOTO

 14:08 11.03.2022     578

Martın 9-da Rusiyanın Mariupol şəhərindəki doğum evinə endirdiyi hava hücumundan sonra hamilə qadınların çətinliklə sağ qalan dəhşətli fotoları bütün dünyanı dəhşətə gətirdi. Şəkillərin birində rusların şəbəkədə tapıb zəhərləməyə başladığı Marianna adlı bir qız var idi.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Mariupol sakini İnstaqramda bloqerdi, ona görə də rus təbliğat maşını qızın guya partlayışdan sonra doğum evinə gəldiyi və "orada model kimi işlədiyi" haqda saxta xəbər işə salıb.

"Fevralın 28-də Marianna Podqurskayanın "hamilə" fotosessiyasından təsirli kadrları yayımladı. Qız körpənin gözləntisindən danışdı və fikirlərini abunəçiləri ilə bölüşdü. Məhz belə fotoların altında ruslar onu qorxudurdu.

Əsasən qapalı hesablardan olan, saxta hesablara çox bənzəyən istifadəçilər hamilə qızı yalan danışmaqda ittiham edərək onu incitməyə çalışıblar" - xəbərdə deyilir.

Qeyd olunub ki, xoşbəxtlikdən, rusların və Kreml təbliğatçılarının başlatdığı təbliğat qıza heç bir təsir göstərməyib. Belə ki, jurnalist Olqa Tokaryukun sözlərinə görə, dünən, martın 10-da Marianna qız uşağı dünyaya gətirib.

"Mən Mariannanın qohumu, bombalanmış Mariupol xəstəxanasından hamilə qızdan mesaj aldım. Onunla qısa müddət ərzində telefonla əlaqə saxlamağa nail oldular. Dünən gecə saat 22:00-da Marianna qız doğdu! Hər şey yaxşıdır, amma çox soyuqdur. Mariupolda və bombardmanlar dayanmır”, - o yazıb.

T.İSMAYIL

222222
Vumart və Güvən reklamı Vumart Güvən