"Putin" adlı pələng öldü
ABŞ-ın Minnesota zooparkında "Putin" adlı amur pələngi ölüb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə "Amerikanın Səsi" və Minnesota Zooparkı məlumat yayıb.
Qeyd olunur ki, 12 yaşlı "Putin" adi pələng tibbi prosedur zamanı ürək tutmasından ölüb. Baytarların, heyvandarlıq mütəxəssislərinin və zoopark işçilərinin səylərinə baxmayaraq, pələngi xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Çexiya zooparkında şərq qara kərgədanının balası doğulub, ona ukraynalıların Rusiya ordusuna müqaviməti şərəfinə "Kiyev" adı verilib.
Kiyev zooparkında isə lemur doğulub. O, Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusunun hücumunun qarşısını almağa kömək edən türk pilotsuz təyyarələrinin şərəfinə "Bayraktar" adlandırılıb.
Kiyev bölgəsindəki "XII Aylar" ekoparkında, Rusiya Federasiyası ilə müharibə şəraitində kiçik bir zebra doğulub. Ona "Kiçik Ze" adını veriblər.
T.İSMAYIL












