Bir kilo çay 26 minə satıldı

 03:32 19.04.2022     322

Yaponiyada keçirilən hərracda bir kiloqram çay 1,96 milyon yenə (26 min AZN) satılıb.

Redaktor.az xəbər verir ki, Yaponiyanın Şizuoka əyalətində yetişdirilən və əllə yığılan yaşıl çay hərraca çıxarılıb.

Hərracda bir kiloqram yaşıl çaya 1, 96 milyon yenə alıcı tapılıb.

Qeyd edək ki, yaponlar yaşıl çaya daha çox üstünlük verirlər və bu kimi hərraclar ölkədə normal haldır.

Vumart və Güvən reklamı Vumart Güvən