"TikTok” ən çox yüklənən proqram oldu

 04:42 28.04.2022     1581

Bu ilin birinci rübündə “TikTok” ən çox yüklənən proqram olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Sensor Tower” analitik şirkəti öz hesabatında məlumat verib.

Qısa videoların yayılması üçün nəzərdə tutulan “TikTok” bu ilin birinci rübündə 175 milyon dəfə yüklənib.

Ən çox yüklənən ikinci və üçüncü proqram “Instagram” və “Facebook” olub. Onlar 150 milyon dəfədən çox yüklənib.

Dördüncü yerdə 125 milyon yükləmə ilə “WhatsApp”, beşinci yerdə 100 milyon dəfədən çox yüklənmiş “Telegram” qərarlaşıb.

Ümumilikdə, “TikTok” istifadəyə verildiyi vaxtdan bəri 3,5 milyard dəfədən çox endirilib.