84 il eyni şirkətdə çalışan rekorda imza atdı

 01:24 30.04.2022     473

Braziliyada 100 yaşlı kişi 84 il eyni şirkətdə çalışıb.

Redaktor.az xəbər verir ki, Ginnes Rekordlar Kitabının saytına görə, braziliyalı Uolter Ortman 15 yaşında işə düzəldiyi şirkətdə 84 ildən çox çalışıb.

Beş uşaqlı ailənin böyüyü olan Uolter ailəyə maddi yardım göstərmək üçün 1938-ci ilin yanvarında "ReneauxView"də çatdırılma üzrə köməkçi olaraq işə başlayıb.

Alman dilini bilməsi və novatorluğa can atması gəncin karyera pillələri ilə yüksəlmək şansını sürətləndirib. Vaxt keçdikcə o, satıcı, sonra satış meneceri vəzifəsinə yüksəlib.

2022-ci ilin aprelində Ortmanın 100 yaşı tamam olub və o, yüzillik yubileyini təkcə qohumları və dostları ilə deyil, həm də həmkarları ilə qeyd edib.

Uolterin eyni şirkətdəki uzun müddətli karyerası Ginnesin Rekordlar Kitabı tərəfindən sertifikatlaşdırılıb.

Bu müdrik, intizamlı və çalışqan insan 2019-cu ildə əmək kitabçasındakı iş stajı 81 il 85 gün olmaqla rekord qazanmağa müvəffəq olub.