Aydan gətirilən torpaqda bitki yetişdirildi

 16:27 15.05.2022     619

İlk dəfə olaraq alimlər Aydan toplanan torpaqda bitki yetişdiriblər.

Redaktor.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Florida Universitetinin alimləri 1962-1972-ci illərdə Apollon missiyaları zamanı toplanan Ay torpağına xaççiçəyi (turpgiller ) ailəsindən olan siçan qulağı tərəsi toxumu əkiblər. Toxumların 2 gündən sonra cücərdiyi müşahidə edilib.

Beləliklə, ilk dəfə toxumlar Ay torpağında uğurla cücərdilib.

Araşdırma üçün Florida Universitetinin elmi qrupuna hər bitki üçün 1 qram torpaq verilib. Alimlər buna təəccübləndiklərini ifadə edərək cücərtinin daha sonra quruduğunu deyiblər.

Tədqiqat NASA - Amerika Kosmos və Aeronavtika Agentliyinin “Ayda yaşayış məntəqəsinin yaradılması” layihəsi üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, NASA astronavtları 1962-1972-ci illərdə Apollon missiyaları zamanı Ay səthindən 382 kiloqram torpaq, toxum, çınqıl, qum və toz gətiriblər.