İlin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB - VİDEO

 08:55 16.05.2022     737

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

Redaktor.az xəbər verir ki, bu, tam Ay tutulması olub.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatıb. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınıb.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilməyib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində təbii hadisənin foto və videogörüntüləri yayılıb.    

***

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Redaktor.az-a bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmur.

Vumart və Güvən reklamı Vumart Güvən