250 mumiya və 150 heykəl tapıldı - FOTO
Qədim Misirdə yaşayış məntəqəsi kimi istifadə edilən və kral məzarlarının yerləşdiyi tarixi Saqqara bölgəsində arxeoloji tədqiqatlar zamanı eramızdan əvvəl 500-cü ilə aid 250 mumiya və 150 heykəl tapılıb.
Redaktor.az xəbər verir ki, arxeoloqlar bunun 2018-ci ildən bəri Saqarada ən böyük kəşf olduğunu bildiir.
Eramızdan əvvəl 500-cü ilə aid 250 taxta rəngli tabutun içindəki mumiyaların yaxşı qorunduğu qeyd edilir.
Qəbirlərdən birində “Ölülər kitabı”na aid olduğu güman edilən papirus tapılıb. Papirus araşdırılmalar üçün Qahirə muzeyindəki laboratoriyaya göndərilib.
















