Bazardan aldığı küçük böyüyüb ayı oldu

Çinin Yunnan əyalətinin sakini Yun Yun Vəhşi Təbiət Xilasetmə Mərkəzindən onun “ev heyvanı”nı aparmağı xahiş edib.
Redaktor.az xəbər verir ki, “Daily Mirror”ın yazdığına görə, "it" nəhəng ölçülərə çatıb və arxa ayaqları üzərində yeriməyə başlayıb.
Qız Tibet mastifi olduğunu düşünərək bir küçük alıb.
“Satın alındıqdan bir müddət sonra heyvan çox miqdarda yemək yeməyə başladı: hər gün bir qutu meyvə və iki vedrə əriştə yedi. Zaman keçdikcə "it" getdikcə daha çox ayıya bənzəyirdi"- deyən Su Yun heyvan arxa ayaqları üzərində gəzəndə evində kimin böyüdüyünü öyrənmək üçün mütəxəssislərə müraciət edib.
Təftişdən sonra heyvanların xilasetmə işçiləri bunun nəsli kəsilməkdə olan Himalay ayısı olduğunu bildiriblər.
Ev heyvanın çəkisi 113 kiloqrama qədər çatanda sahibi ondan çanını qurtarmağa çalışıb və ayını vəhşi təbiətin xilasetmə mərkəzinə təhvil verib.
İLTİFAT

