Afrikada qazılan yeni su quyusuna Borçalı adı verildi - VİDEO

 15:19 26.07.2022     1247

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.

Redaktor.az xəbər verir ki, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.  

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək. 

Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb. Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: