Bakıda Ənənəvi Yapon Fənər Festivalı keçiriləcək

 23:38 09.09.2022     356

Bakıda sentyabrın 10-da ənənəvi mədəni tədbir olan Yapon Fənər festivalı keçiriləcək.

Redaktor.az xəbər verir ki, festival Nizami Gəncəvinin abidəsi yaxınlığında baş tutacaq.

Yaponiya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar Yaponiya ilə Azərbaycan arasında “Dostluq ili” çərçivəsində Nara prefekturasından üç mütəxəssis dəvət olunub.

Xüsusən də yapon və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş festival üçün Yaponiyadan Bakıya 2100 şam gətirilib.

Qeyd edək ki, əvvəllər bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Cənubi Koreya və digər ölkələrdə təşkil olunub.