Çin şirkəti “uğursuz” telefon nömrələri olan şəxsləri işə götürmür

 00:02 17.09.2022     310

Çində bir şirkət telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən insanları işə götürməkdən imtina edir.

Redaktor.az gazeta.ru-ya istinadən xəbər verir ki, söhbət Quandun əyalətindən olan şirkətdən gedir.

Şirkət rəhbəri göstəriş verib ki, telefon nömrəsi “5”lə bitən şəxslər işə götürülməsin. O, bunun uğursuz rəqəm olduğunu və ona problemlər gətirəcəyini düşünür.

Astrologiya və numerologiya üzrə ixtisaslaşan yerli bloqerlərdən biri izah edib ki, qəribə iş şərtləri çox güman ki, qədim Çin mətnlərinə əsaslanır. Belə ki, ölkədəki şirkət rəhbərləri arasında da mövhumatçılar az deyil.