İbrahimoviç komediya filminə çəkildi - VİDEO

 09:15 26.09.2022     295

Zlatan İbrahimoviç “Asteriks və Obeliks: Orta Krallıq” filmində rol alıb.

Redaktor.az xəbər verir ki, "Milan"lı forvard Oneofus adlı romalı legioneri canlandırıb.

Yeni film qalliyalıların sərgüzəştlərindən bəhs edən beşinci ekran əsəridir. Bu dəfəki süjet Asteriks və Obeliksin Çindəki macəralarından bəhs edir.

Filmdə hadisələr Çin imperatoru Xuan-Dinin yeganə qızı ətrafında cərəyan edir. O, dövlət çevrilişindən sonra Qalliyaya qaçır və orada Asterikslə Obeliksdən kömək istəyir.

Qeyd edək ki, vaxtilə Mixael Şumaxer, Ameli Maresmo, Toni Parker və Zinəddin Zidan da daxil olmaqla bir çox idmançı Asteriks və Obeliks haqındakı filmlərdə iştirak edib.