Bu maşınlar suda da üzə biləcək

 00:20 01.10.2022     306

2019-cu ildə təqdim edilən, hələ də kütləvi istehsalına başlanılmayan Tesla "Cybertruck" elektrikli pikap maşını yüzlərlə metr üzə bilən bir növ "amfibiya avtomobili" olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask öz tvitter hesabında paylaşım edib.

""Cybertruck" bəzi çay, göl və hətta dənizlərdə bir müddət qayıq kimi xidmət edə biləcək qədər suya davamlı olacaq”, - deyə o yazıb.