Dövlət başçılarına verilən maraqlı hədiyyələr

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putinin ad günü maraqlı məqamlarla yadda qalıb. Belə ki, Belarus prezidenti Aleksander Lukaşenkonun hədiyyəsi öz ölkəsində istehsal olunan traktor olub. Tacikistan prezidenti Emoməli Rəhmon isə ad günü hədiyyəsi olaraq Putinə bir yük maşın dolusu yemiş hədiyyə edib.
Redaktor.az dövlət başçılarına verilən maraqlı hədiyyələrlə bağlı araşdırmanı təqdim edir.
2008-ci ildə Hollandiyanın baş naziri Yan Peter ABŞ prezidenti Corc Buşa bilək qoruyucuları, dirsəklər və dizliklərdən ibarət konki dəsti hədiyyə edib.
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə verilən maraqlı ad günü hədiyyələrindən biri beş yüz qramdan artıq çəkisi olan qızıl sikkə olub. Qeyd edək ki, bu hədiyyə prezidentə ölkənin Milli Bankı tərəfindən verilib.
Rusiya prezidenti Vladimir Putinə növbəti maraqlı və diqqət çəkən hədiyyə ad günündə ona verilən pələng balasıdır. Hədiyyəni jurnalistlər qarşısında həvəslə nümayiş etdirən Putin onun kim tərəfindən bağışlandığını sirr saxlayıb.
SSRİ lideri Nikita Xruşov və ABŞ prezidenti Con Kennedi arasında soyuq müharibə dövründə zahirən xoş görünən yazışmalar aparırdılar və hətta bir-birlərinə hədiyyələr göndərirdilər. Xruşovun Con Kennediyə göndərdiyi hədiyyələrdən biri Puşinka adlı it idi. Həmin it isə SSRİ-nin Aya göndərdiyi ilk itin balası idi.
Svazilend kralı 3-cü Msvati 2007-ci ildə ad gününü qeyd edərkən özü-özünə hədiyyə etməyi qərara alıb. Kraı 13-cü dəfə ad günündə evlənib. 19 yaşlı xanım onun üçün ən qiymətli hədiyyə hesab olunub.
Qvineyanın prezidenti Alfa Kondeyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad günü hədiyyəsi olaraq 50 avtobus hədiyyə edib.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci ilin may ayında Yaxın Şərqə səfəri zamanı Səduiyyə Ərəbistanından 83 hədiyyə alıb. Bunlara prezidentin özünü əks etdirən rəsm əsərləri, qılınclar, xəncərlər, xəz xalatlar (pələng və çitadan hazırlanmış), şərflər, köynəklər, paltarlar daxil idi.
Həmidə İbrahimova