İtaliyada 2300 illik kəşf - FOTO
İtaliyanın Toskana bölgəsində arxeoloqlar qədim Roma dövrünə aid olduğu güman edilən 24 bürünc heykəl aşkar ediblər.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, heykəllər paytaxt Romadan təqribən 160 km şimalda, Siena əyalətindəki təpənin üstündə yerləşən San Casciano dei Bagni şəhərində qədim hamamın palçıqlı xarabalıqları altında aşkar edilib.
Hygieia, Apollon və digər Yunan-Roma tanrılarını təsvir edən fiqurların təxminən 2300 il yaşı olduğu deyilir.
Heykəllərin tapıldığı hamamın altında təxminən 6000 bürünc, gümüş və qızıl sikkələr də tapılıb.
Qazıntıya Sienadakı Xaricilər Universitetinin dosenti Jacopo Tabolli rəhbərlik edib. O, heykəllərin bir növ ritual olaraq termal sulara buraxıldığını deyib.
Qeyd olunur ki, gün üzünə çıxarılan heykəllərin bərpası üçün yaxınlıqdakı laborotoriyaya aparılacaq. Daha sonra isə San Cascianoda muzeydə nümayiş etdiriləcək.
Həmidə İbrahimova


















