115 yaşlı bu qarı 21 ABŞ prezidenti görüb

ABŞ-ın ən uzunömürlü adamının 115 yaşı olub.
Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan Bessi Hendriks 115 yaşını tamamlayıb.
O, ad gününü 90 yaş civarında olan üç oğlu ilə qeyd edib.
1907-ci ildə anadan olan Hendriks iki Dünya Müharibəsi və 21 ABŞ prezidenti görüb.
Gerontologiya Araşdırma Qrupunun məlumatına görə, Hendriks həm də dünyanın 4-cü ən yaşlı insanıdır.
Hazırda dünyanın ən yaşlı insanı 1904-cü ildə doğulan rahibə Lucile Randondur. Onun 118 yaşı var və Fransada yaşayır.