Dünya əhalisi 8 milyarda çatıb

 15:56 15.11.2022     304

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya əhalisinin bu gün 8 milyarda çatdığını açıqlayıb.

Redaktor.az BBC-ə istinadla xəbər verir ki, təkcə son 11 ildə dünya əhalisinə 1 milyard insan əlavə olunub. BMT-nin proqnozlarına görə, 2037-ci ilə qədər dünya əhalisi 9 milyarda, 2080-ci illərdə təxminən 10,4 milyarda çatacaq və 2100-cü ilə qədər bu səviyyələrdə qalacaq.

 “Bu, bəşəriyyətin uğurunun əlamətidir, lakin həm də gələcəyimiz üçün böyük riskdir”,- deyə BMT-nin Əhali Departamentinin direktoru Con Vilmot dünya əhalisinin 8 milyarda çatması ilə bağlı açıqlamasında bildirib.

Həmidə İbrahimova