2023-cü ilin rəngi açıqlandı - FOTO
ABŞ-nin “Pantone” rəng institutu 2023-cü ilin rəngini açıqlayıb.
Redaktor.az “CNN”ə istinadla xəbər verir ki, “Pantone” hər ilin dekabrında ilin rəngini açıqlayır və cümə axşamı elan etdiyi açıqlamasında 2023-cü ilin rəngi parlaq çəhrayı “Viva Magenta” seçilib.
Bildirilir ki, “Viva Magenta 18-1750” bənövşəyi çalarlara sahib parlaq çəhrayı rəngdir.
“Cəsarətli və qorxmaz, (Viva Magenta) nəbzedici rəngdir, onun coşqunluğu nikbinliyi və sevinci təbliğ edir”, - deyə bəyanatda əlavə edilib.
Qeyd olunur ki, şirkət rəngi "hazırcavab və hər şeyi əhatə edən" kimi təsvir edib.
Həmidə İbrahimova













