Siçanlarla mübarizə üçün ali təhsilli mütəxəssis axtarılır - 170.000 dollar maaş

 13:21 03.12.2022     696

Nyu-Yorkda siçanların sayı çoxalıb. 

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, bələdiyyə siçan problemini həll etmək üçün iş elanı dərc edib.

İş elanında artan siçan populyasiyası ilə mübarizə aparacaq şəxsin ali təhsilli və təcrübəyə malik olması gözlənilir. İşə girəcək şəxsə illik 170 min dollar maaş veriləcək.

Qeyd edək ki, Nyu-Yorkda siçanların sayı 2022-ci ilin yanvar-avqust aylarında iki il əvvəlki ilə müqayisədə 70 faiz artıb.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən