Bu il "Google"də ən çox axtarılan söz açıqlandı

 19:49 08.12.2022     408

"Google" şirkəti mütəmadi olaraq hər ilin sonunda elan etdiyi axtarış tendensiyalarının nəticələrini yayımlayıb.

Redaktor.az xəbər verir ki, 2022-ci ildə dünyada ən çox axtarılan ifadə “Wordle” sözü olub.

Nyu Yorkda yaşayan Coş Uordl tərəfindən sevgilisinin oynaması üçün hazırlanmış "Worlde" oyununun adı bu il "Google"da ən çox axtarılan söz olub. 2021-ci ildən tanınan oyun 2022-ci ilin fevralında Amerikanın "New York Times" qəzeti tərəfindən milyonlarla dollara satıldıqdan sonra daha da məşhurlaşıb.

2022-ci ildə dünyada ən çox axtarılan digər sözlər "Hindistan-İngiltərə", "Ukrayna", "Kraliça Elizabet" və "Hindistan-Cənubi Afrika" ifadələri olub.