Telefon ağır olduğu üçün daşıya bilmir - Dünyanın ən qısaboy adamı...
Kürd əsilli 20 yaşlı İran vətəndaşı Afşin Esmail Qaderzadə 65,24 santimetr boyu ilə "dünyanın ən qısa boylu yetkin kişisi" kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, Afşin İranın Qərbi Azərbaycan vilayətinin Bukan rayonunun ucqar kəndində aşkarlanıb.
"Dünyanın ən uzun adamının kim olduğunu bilirəm. Onun ovuclarına sığaram", - Afşin deyib.
Qeyd edək ki, bu gənc çəkisi 120-200 qram arasında olan mobil telefonları ağır olduğu üçün davamlı olaraq daşıya bilmirdi. O, uzun müddət dezavantaj olan bu xüsusiyyəti ilə məşhurlaşdı.
Afşin Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənmiş dördüncü ən qısa kişidir. Onun əvvəlki rəqibləri artıq həyatda olmadığına görə, Afşin rekordun yeni sahibidir.
6 kiloqram çəkiyə sahib bu gənc əvvəlki rekordçu, 36 yaşlı Edvard "Nino" Hernandesdən (Kolumbiya) demək olar ki, 7 sm qısadır.
Nərmin VÜQARQIZI














