2023-cü il üçün dünyanın ən qonaqpərvər şəhərlərinin adı açıqlandı

 16:53 30.01.2023     847

Turistlərin yerləşdirilməsi üzrə məşhur "Booking.com" bron xidməti 2023-cü ildə dünyanın ən çox ziyarət ediləcəyi proqnoşlaşdırılan qonaqpərvər şəhərlərini sıralayıb.

Redaktor.az "Unian"a istinadla xəbər verir ki, ilk 10-luğa Klaypeda, Drezden və Mexiko kimi şəhərlər daxil olub.

Bəzi turistik şəhərlər ziyarətçilərin istilasına qətiyyən maraq göstərməsə də, digər şəhərlər mədəni fərqliliklərə görə kənar şəxslər üçün daha qapalı olsa da, əksinə, səyahətçiləri görməkdən məmnun olanlar var.

2023-cü ildə dünyanın ən qonaqpərvər 10 şəhəri:

1. Polignano a Mare - İtaliya

2. Hualien - Tayvan

3. San Sebastian - İspaniya

4. Drezden - Almaniya

5. Klaypeda - Litva.

6. York - Böyük Britaniya.

7. Ushuaia - Argentina

8. Porto de Qalinhas - Braziliya.

9. Mexiko - Meksika.

10 Qızıl Sahil - Avstraliya

Həmidə İbrahimova