Baydenin qalstuku gündəm oldu - FOTO

 17:51 20.02.2023     787

ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə səfər edib və Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. O, bir qədər əvvəl Kiyevi tərk edib. 

Redaktor.az xəbər verir ki, Baydenin gözlənilməz səfəri qədər istifadə etdiyi aksesuar da diqqət çəkib. Belə ki, ABŞ lideri Kiyevə Ukrayna bayrağının rənglərini əks etdirən qalstuk ilə gəlib. Bu detal sosial şəbəkələrdə maraqla qarşılanıb.