Dünyanın ən böyük yaqutu rekord qiymətə hərraca çıxarılacaq

 23:59 07.04.2023     2228

"Sotheby's" dünyanın ən böyük yaqutunu hərraca çıxaracaq.

"Fura Gems" şirkəti 2022-ci ilin iyul ayında bu yaqutun istehsalı üçün material kimi xidmət edən daşı tapıb.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, artıq cilalanmış "Estrela de Fura" adlı qiymətli daş 55,22 karatdır və dəyəri 30 milyon dollardan çoxdur.

Hərrac evi daşı çərşənbə günü Honkonqda təqdim edib. O, iyunun 8-də Nyu-Yorkda hərraca çıxarılacaq.

Qeyd edək ki, emaldan öncə daş 101 karat ağırlığında olub və dünyanın ən böyük yaqutu adını alıb.