Maksim Qorkinin evi bu qiymətə hərraca çıxarılır

 10:05 12.04.2023     2498

Rusiyalı yazıçı Maksim Qorkinin evi 75 milyon rubla hərraca çıxarılacaq.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərrac aprelin 15-də keçiriləcək.

Rusiya Ədəbiyyat Fondunun məlumatına görə, şimal moderni üslubunda tikilmiş ev 6 otaqdan ibarətdir. Evin ümumi yaşayış sahəsi 211.9 kv. metrdir.

Qeyd edək ki, Qorki bu evdə 1914-1917-ci illərdə yaşayıb. Yazıçının bu evində bir çox məşhur adamlar - Vladimir Lenin, Anatoli Lunaçarski, Feliks Dzerjinski, Fedor Şaliapin və başqaları olub.