Günün QOROSKOPU

 00:04 22.04.2023     2949

Redaktor.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün uğurlu olması üçün xeyli səy göstərməli olacaqsınız. İntellektual potensial səviyyəsi yüksəkdir. Yanınızdakı insanlardan fərqli olaraq mürəkkəb məsələlərin öhdəsindən daha uğurla gələcəksiniz. Fəndgir, bacarıqlı olun. Yeni və faydalı iş, layihəyə başlamaq olar.

Günün ikinci yarısında aktiv olun. Əla formada olduğunuzdan ağır fiziki iş də sizi ifrat dərəcədə yormayacaq. Dəvət aldığınız tədbirə qatılarkən özünüz barədə xoş təəssürat yaratmağa çalışın. Qayğıkeş və səmimi davranın.
 

Buğa - günün ilk yarısını mühüm işlərə sərf edin. Vaxtdan maksimal dərəcədə effektiv yararlanmağa çalışın. Yaşlı qohumlarla ünsiyyət faydalı və xoş olacaq. Ailə üzvləri ilə birlikdə istirahət və ya gəzinti əhvalınızı yaxşılaşdıracaq. Axşam saatları yaxınlaşdıqca müsbət təmayüllərin təsiri azalacaq. Kiçik problemlər və xoşagəlməz situasiyalar yaranacaq.

Əvvəlcədən hazırladığınız bəzi planlardan imtina etməli, cari işlərlə məşğul olmaq üçün xoş görüşü ertələməli olacaqsınız. Dövlət qurumlarının mənsubları ilə danışıqlar arzuolunmazdır. Sənədlərlə iş zamanı problemlər yarana bilər.

Əkizlər - gün çətinliklər vəd edir. Problemlərin öhdəsindən tezliklə gəlin, nikbinliyi itirməyin. Çətin situsiyaya düşsəniz, sizə yardım edə biləcək insanı tapın. Tərəfdaş və ya müttəfiqlə çalışanda fəal olun.

Ciddi romantik münasibətlər üçün əlverişli zaman deyil. Yaxın gələcəklə bağlı planları qurmaq olar.

Günün ikinci yarısı alış-veriş, sövdələşmə və anlaşmalar üçün əlverişlidir. Kommersiya və ya ticarət sahələrində işləyənlər üçün uğurlu gündür. Axşam saatlarında sizdən kömək istəyən insanın müraciətini qulaqardına vurmayın.

Dost və ya ailə üzvləri üçün faydalı nə isə etməyə çalışın.
 

Xərçəng - asan və sadə gün deyil. Tələskənlik edərək əlavə problemlər yaratmayın. Qarşınıza qoyduğunuz məqsədlərə doğru asan, sadə yollarla getməyə çalışaraq yanlışlıqlara yol verməyin. Ötənlərdə yaşanmış xoşagəlməz hadisələri yada salın, səhvlərinizi təhlil edin. Belə addımların təkrarlanmaması üçün yolları arayın.

Özünüzü ifrat dərəcədə suçlamayın.

Günün ikinci yarısında bir qədər rahatlaşın. Nikbin olun, bədbin fikirlərə qapılmayın. Dostlarla görüşmək, evdə kiçik bayram təşkil etmək, dəyər verdiyiniz insanları hədiyyələrlə sevindirmək olar.

Bütün bunlar sizə xoş emosiyalar verəcək.

Şir - aktiv çalışmaqla yanaşı, istirahət etməyi də unutmasanız, gün xoş keçəcək. Ağır fiziki işlə məşğul olmayın. Yorucu və məşəqqətli işi təxirə salmağa tələsməyin. Həmin işi sizdən başqa kimsə görməyəcək.

Rəğbət bəslədiyiniz insanlarla təmasda olun. Hədəf dəyişdirməyin.

Yaxın gələcəklə bağlı planları nəzərdən keçirmək olar.

Günün ikinci yarısında maliyyə durumu əlverişli deyil. Gözlədiyiniz gəlir olmayacaq və ya gecikəcək. İtkilər istisna deyil. Planlaşdırdığınız alış-verişi və ya əyləncəni təxirə salın.

Yaşlı qohumlarla mübahisələr, fikir ayrılıqları ola bilər.

Ətraflı

 

Təmkinli, soyuqqanlı davranın.

Qız - çətin və mürəkkəb məsələlərin öhdəsindən vaxtında gələcəksiniz. Adi günlərdən fərqli olaraq aktiv çalışın. İntuisiya sizə yol göstərəcək. Əvvəllər qazandığınız təcrübə və əldə etdiyiniz bilgilər karınıza gələcək. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə təmkinli, həssas və sərvaxt olun.

Günün ikinci yarısında imic və dizayndan tutmuş, kulinariyaya qədər eksperimentlər edə bilərsiniz. Başladağınız işlərdə sürət tempinə riayət edin. Yardımçılarınız olacaq. Yeni dostlar tapmaq çətin deyil. Romantik görüş ola bilər.

Tərəzi - daxili sədlərlə maneələri dəf edin, yaradıcılıq axtarışlarına məntiqi sonluq verin. Qərarlarınızda dəqiq və anlamlı olun. Atacağınız addımların fəsadlarını düşünün. Sakit olun, düşünüb-daşının. Ətrafınızda emosiyalar tüğyan etsə də, soyuqqanlı qalın. Bu gün sizə məsləhət üçün müraciət edəcəklər.

Günün ikinci yarısında münasibətlərdə tələsik qərar verməyin. Dəyərsiz və mənasız söhbətlərə qatılmayın, yalançı insanlarla təmaslar qurmayın. Yaşamınızda əhəmiyyətli dəyişikliklər başlana bilər.

Əqrəb - yaradıcılıq və problemlərin standart olmayan həll yollarının reallaşdırılması üçün əlverişli zamandır. Yarımçıq qalan işləri başa vurun. Orijinal ideyanı gerçəkləşdirsəniz, maliyyə durumunuzu yaxşılaşdırmış olacaqsınız.

Yaxınlarınızla istədiyiniz qədər vaxt keçirə bilməyəcəksiniz.

Günün ikinci yarısında sizə və həmfikirlərinizə sərfəli informasiyanı əldə edə biləcəksiniz. Axşam saatlarına yaxın özünüzü detektiv kimi hiss edəcəksiniz. Məkrli plan quran bədxahın sirlərini faş edərək çirkin əməlinin qarşısını alacaqsınız.
 

Oxatan - bir qədər darıxdırıcı və ya rutin təsir bağışlasa da, pis gün deyil. Parlaq hadisələr, önəmli dəyişiklər istəsəniz də, belə olmayacaq. Ciddi heç nə baş vermədiyindən təşəbbüskar olun. Ətalətdə qalan olaylara təkan verin. Şəxsi münasibətlərdə və peşəkar fəaliyyət müstəvisində aktiv olun. Yaxın ətraıfınızdakı insanlar ideyalarınıza rəğbətlə yanaşacaqlar.

Qeyri-adi, sınanmamış, yoxlanmamış nəsnələrə maraq artır. Ağıllı, qeyri-standart insanlarla ünsiyyət qurun. Gözlənilməz hədiyyələr, xoş diqqət izharları istisna deyil.

Oğlaq - dünyanı dəyişməyə çalışmayın. Qarşınıza qoyduğunuz məqsəd və ya hədəfi dəqiqləşdirin. İrəliləməkdə sizə yardım edə biləcək insanlarla müzakirələrə başlayaraq əməkdaşlığın əsasını qoyun. Mühüm işlə məşğul olun. Vaxt və diqqətinizi dəyərsiz, xırda işlərə sərf etməyin.

İşgüzar duyum güclü olacaq. Əhəmiyyətli məbləğdə pul qazana bilərsiniz.

Günün ikinci yarısı alış-veriş üçün sərfəlidir. Ailənin bütün üzvlərinin istifadə edə biləcəyi əşyanı almağı unutmayın. Çoxdan bəri həllini tələb edən münaqişəni çözməyə başlayın.

Dolça - ailə qayğıları, yaxınlarınızın rifahını düşünmək, sevdiyiniz insanları sevindirmək üçün əlverişli gündür. Küsülüləri barışdırın, qəmliləri şənləndirin, darıxanlara maraqlı iş təklif edin. Bununla yanşı, başqalarının işləri ilə məşğul olaraq öz işlərinizi unutmayın. Təxirəsalma və gecikmələr yolverilməzdir.

Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla ünsiyyət üçün münasib zamandır. Yeni biliklər, informasiya, təcrübə və bacarıqların əxzini sürətləndirin.

Səfər, yaxud da səyahəti planlaşdırmaq olar.

Balıqlar - yeni imkanlar və perspektivlər yaradan əla gündür. İşgüzar görüşlər yaxşı keçəcək. Maliyyə ilə bağlı mühüm məsələləri gündəmə gətirərək ortaq məxrəcə gəlmək olar. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Həmfikir və tərəfdaşlarınızı ətrafınıza toplayaraq maraqlı, genişmiqyaslı layihəni reallaşdırmaq olar.

Günün ikinci yarısı ailə həyatında irəliləyiş üçün əlverişlidir. Yaşam potensialının səviyyəsi yüksək olduğundan özünüzü yaxşı hiss edəcəksiniz. Enerjinizi gərəkli istiqamətə yönəldin.