Qadın tutuquşu sayəsində ərinin xəyanətini bildi

 14:22 04.05.2023     397

Vyetnamlı qadın ərinin xəyanətini sözləri xatırlayan tutuquşu sayəsində üzə çıxarıb.

Redaktor.az "The Thaiger"ə istinadla xəbər verir ki, vyetnamlı qadın əri ilə birlikdə mebel biznesinə sahib olub. İşinə daha çox vaxt ayırmaq üçün qadın ev işçisi tutmaq qərarına gəlib. Dostunun tövsiyəsi ilə özündən on yaş böyük qadını işə götürüb. 

O, xadiməni tutuquşunun yaşadığı ayrı otağa yerləşdirib.

Altı ay sonra qadın ərinin qəribə davrandığını hiss edib.

Bir axşam qadın işdən həmişəkindən tez gəlib və ev işçisini qapını açmağa çağırıb. Cavab almayan qadım xidmətçiyə zəng edib. O, üzr istəyib və paltar asdığını bildirib. Qadın yadına salıb ki, ev işçisi həmişə günəşli havada yuyulmuş paltarları asıb, nəsə olduğundan şübhələnib.

Bir gün qadın, tutuquşu olan dama çıxıb. Birdən o, quşun cinsi xarakterli qəribə ifadələr qışqırdığını eşidib. Vyetnamlı qadın tutuquşunun ərinin cinsi əlaqə zamanı dediyi sözləri xatırladığını anlayıb və onun ev işçisi ilə əlaqəsi olduğuna əmin olub.

Ərini aldatdığını tutmaq üçün qadın quluqçunun otağına gizli kamera quraşdırmaq qərarına gəlib. Bir həftə sonra o, ərinin ona xidmətçi ilə xənayt etdiyini görüb. O, həmçinin arvadından şikayətlənənrək ev işçisinə onunla yaşamağı təklif edib

Qısa müddət sonra vyetnamlı qadın boşanmaq üçün məhkəməyə müraciət edib.

Tunar Altunbay