"YouTube"da reklamları izləmək məcburi olacaq

 10:04 19.05.2023     565

“YouTube” smart televizorlar üçün 30 saniyəlik ötürülməsi mümkün olmayan videolar şəklində yeni reklam formatının istifadəyə verildiyini elan edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Gazeta.ru” məlumat yayıb.

Bildirilib ki, ardıcıl olaraq 15 saniyəlik iki videoçarxın əvəzinə buraxılması mümkünsüz olan yeni reklamların göstəriləcək.

Yenilik “YouTube” tətbiqi ilə işləyən smart televizorlarda tətbiq olunacaq. Reklamlara baxmaq istəməyən istifadəçilər ödənişli “YouTube Premium” abunəliyindən istifadə edə bilərlər.

Eyni zamanda  “YouTube” pauza zamanı banner reklamları göstərməyi planlaşdırır. Belə reklamlar “rədd et” düyməsini sıxmaqla silinəcək. Hər iki yeniliyin tətbiq tarixi hələ açıqlanmayıb.

Humay İSGƏNDƏRLİ