Votsapda çoxdan gözlənilən YENİLİK

 09:35 23.05.2023     579

Votsap çoxdan gözlənilən daha bir yeniliyi ilə istifadəçilərini sevindərəcək.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə messencerin saytında məlumat yayılıb.

Belə ki, artıq sözügedən platformada göndərilən mesajları redaktə etmək mümkün olacaq.

Göndərdiyiniz mesajın üzərinə basaraq “redaktə et”i seçib 15 dəqiqə ərzində dəyişiklik edə biləcəksiz. 

Düzəltdiyiniz mesajlarda “redakətə edildi” yazılsa da, qarşı tərəf bunu görməyəcək. 

Humay İSGƏNDƏRLİ