Fulya Öztürk 20 yaşındakı şəklini paylaşdı - FOTO

 13:03 03.06.2023     587

Türkiyənin tanınmış televiziya jurnalisti Fulya Öztürk özünün Tviter hesabında 20 yaşında olduğu şəklini paylaşıb.

Redaktor.az xəbər verir ki, jurnalist şəkilə “alın biraz təəccüblənin, yaş 20” yazaraq izləyicilərinin diqqətini çəkib.

Bəziləri onun çox dəyişdiyini desə də, bəziləri isə, illərin ondan heç nə aparmadığını yazıb.

Həmçinin izləyicilərdən biri “Fulya Öztürk deyiləndə ağlııma Qarabağ müharibəsi gəlir, orada yaşadıqları və cəsarəti” yazaraq onun 44 günlük müharibə zamanı göstərdiyi səyləri vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda hər kəs Fulya Öztürkü İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki insanlara qarşı törətdiyi qətliamlar haqda dünyanı məlumatlandıran, ölkəmizin haqq səsini dünyaya çatdıran jurnalist kimi tanıyıb.

Arzu İSMAYIL

2