Dünyanın ən uzun dilli iti - VİDEO

 09:53 05.06.2023     837

ABŞ-ın Luiziana ştatından olan it 12,7 sm uzunluğundakı dili ilə Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmən qeydə alınıb.

Redaktor.az xəbər verir ki, baytar "Labrador -Alman Çoban" qarışığı Zoyanın dilini ölçdükdən sonra canlı itdə ən uzun dilə sahib olmaq rekordunu müəyyən edib.

İtin sahibləri Metayri sakinləri Sadi və Dryu Vilyams iti cəmi 6 həftəlik olarkən övladlığa götürdüklərini və onun qeyri-adi dərəcədə uzun dilini demək olar ki, dərhal gördüklərini söyləyiblər.

“Onun bədəni ilə müqayisədə hələ də nəhəng dili var”, - Sadi Vilyams Ginnesin Rekordlar Kitabına bildirib.

Cütlüyün dediyinə görə, Zoya qonşular arasında məşhurdur.

Dryu Vilyams deyir ki, gəzməyə çıxaranda insanlar onun yanına gəlir və sığallamaq istəyirlər.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən