Məşhur müğənni səhnədə böcək uddu - VİDEO

 10:55 06.06.2023     457

Amerikalı müğənni Teylor Svift dünən Çikaqoda çıxış edib. Məşhur müğəninin konsertinə bütün stadion toplaşıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, tədbir zamanı gülməli hadisə baş verib, belə ki, Sviftin ağzına böcək uçub və müğənni onu udub.

Onun reaksiyasını minlərlə insan izləyib. Taylor üzünü çevirib öskürüb və sonra onun dadına görə gülmək qərarına gəlib. Bundan sonra amerikalı ulduz çıxışını davam etdirib.

Yeri gəlmişkən, hadisənin videosunu Svift özü Tviter hesabında yayımlayıb.

"Oh, ləzzətli. Kiminsə bunu görməmək şansı var? Hər şey qaydasındadır. Mən onu uddum", - müğənni səhnədə deyib.

Sosial şəbəkələrdə izləyicilər videoya fərqli reaksiya veriblər. Çoxları sənətçini dəstəkləyərək belə bir hadisədən sonra hər şeyin yaxşı olduğuna sevindiklərini yazıblar.

Arzu İSMAYIL