Taxta maşın rekord qiymətə SATILDI

 10:11 07.06.2023     606

Fransada ağacdan hazırlanmış "Citroen 2CV" model avtomobil 210 min avroya satılıb.

Redaktor.az “Haberler.com”a istinadla xəbər verir ki, hazırlanması 2011-ci ildə başlanan avtomobil 5 ildə tamamlanıb.

Fransada dülgər Mişel Robillardın alma, albalı, qoz və armud ağaclarından istifadə edərək hazırladığı taxta avtomobil Fransanın Tur şəhərində keçirilən hərracda nümayiş etdirilib.

Fransanın klassik "Citroen 2CV" model avtomobilindən sonra modelləşdirilən və dəyəri 150-200 min avro olaraq təyin olunan avtomobili Parisli bir kolleksiyaçı 210 min avroya alıb.

Hərracçı Eymerik Rouillak əvvəlki avtomobilin 172 min avroya satıldığı qeyd edərək indiki avtomobilin satış qiymətinin eyni ikonik model üçün rekord olduğunu bildirdi.

Mişel Robillard 2011-ci ildə başladığı avtomobili 5 ildə tamamladığını söylərək əlavə edib ki, "3 oğlum var idi, bu da mənim kiçik qızım idi".

Qarşıdakı illər üçün çılğın layihələri olduğunu dilə gətirən Robillard növbəti planının 2025-ci ildə 70-ci ildönümünü qeyd ediləcək olan “Citroen DS” model taxta avtomobili etmək olduğunu bildirilib.

Arzu İSMAYIL