ABŞ kosmik gəmilərin hazırlanmasında yadplanetlilərdən istifadə edib

 10:27 07.06.2023     489

ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqram çərçivəsində yad mənşəli kosmik gəmilər əldə etmiş ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə keçmiş amerikalı kəşfiyyatçı Devid Qraş "NewsNation" telekanalına müsahibəsində bildirib.

"Bunlar yerdən kənar mənşəli texniki nəqliyyat vasitələridir, istəsəniz kosmos gəmiləri adlandırın, ya yerə enən, ya da qəzaya uğrayan yerdən kənar ekzotik mənşəli nəqliyyat vasitələridir" dedi.

Onun sözlərinə görə, ABŞ hakimiyyətinin sərəncamında zədələnməmiş və qismən zədələnmiş uçan naməlum obyektlər (UNO) var.

Keçmiş casus əmindir ki, Pentaqon kosmik gəmiləri ABŞ ordusunun bir neçə onilliklər ərzində məşğul olduğu gizli proqram çərçivəsində aşkar edib.

Qraş qeyd edib ki, aktiv kəşfiyyatçılar ona bu proqramın mövcudluğuna dair sənədlər və sübutlar göstəriblər. O, həmçinin bəyan edib ki, ABŞ hərbçiləri yadplanetli pilotların cəsədlərini tapmağa nail olublar.

Keçmiş kəşfiyyatçı telekanala müsahibəsində təhlükəsizlik baxımından sübut təqdim etməkdən imtina edib.

2022-ci ilin may ayında Pentaqon ABŞ hərbi texnikasının naməlum uçan obyektlərlə toqquşması ilə bağlı 11 hadisəni açıqlayıb. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin Kəşfiyyat üzrə direktor müavini Skot Bray qeyd edib ki, Amerika hərbi texnikasının UNO-larla birbaşa toqquşması halları olmayıb.

Tunar Altunbay