Qurban seçərkən diqqət edilməli MƏQAMLAR
Bu il iyun ayının 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.
Bəs qurbanlıq heyvan seçərkən nələrə diqqət etməliyik?
Redaktor.az “HaberGlobal”a istinadla xəbər verir ki, qurbanlıq seçəndə diqqət ediləsi məqamları açıqlayan baytar həkim İlayda Çetinbaş heyvan sağlamlığından əlavə yaşının da əhəmiyyətli olduğunu bildirib.
Qurbanlıq heyvanın orqanlarının tam olması lazım olduğunu ifadə edən İlayda Çetinbaş qeyd edib ki,eyni zamanda arıq və zəif də olmamalıdır.
“Heyvanların yaşı bizim üçün çox vacibdir. Bu bir ibadət oldugu üçün yaşlı heyvanlar və çox balaca heyvanlar kəsilə bilməz. Böyük baş heyvanların 2 yaşını doldurması lazımdır, bunu da öndə olan dişlərinə baxanda anlaya bilərik. Kiçik baş qurbanlıqlarda isə, 1 yaşını doldurması qurban olması üçün kifayətdir”.
Yaxınlaşan bayram əvvəli şap xəstəliyinin gündəmə gəldiyini vurğulayan Çetinbaş etiraf edib ki, bu dövrdə çox yayılıb.
“Ölkəmizə xaricdən bir virus gəlib və biz peyvənd istehsal edirik. Şap xəstəliyinin əlamətləri ayaqlarda topallama ilə başlayır. Heyvanın tempraturu yüksəlir və ağızında yaralar görünür. Bu xəstəliyin insanlara keçmə ehtimalı yoxdur. Heyvan alanda əgər dişidirsə,hamilə olub-olmamasına, şap və vərəm xəstəliklərinə diqqət edilməsi lazımdır. Vərəm dişi və yaşlı heyvanlarda çox görülən bir xəstəlikdir. Bu xəstəliyi ciyərlərindən anlamaq olur ”,-deyə həkim əlavə edib.
Həkim həmçinin vurğuladı ki, qurban edilən heyvanın ətinin daha da ləzzətli olması üçün bir müddət saxlamaq lazımdır.
“Qurban kəsildikdən sonra sərin bir yerdə 1 və ya 2 saat dincəldilməlidir. Kəsdikdən sonra yeyilməsini əsla tövsiyyə etmirik. Əvvəcə qurbanı kəsirik, 1 və ya 2 saat sərin yerdə saxlayırıq sonra isə, soyuducuya qoyuruq. Biz baytar həkimlər olaraq bir gün sonra yeyilməsini məsləhət görürük”.
Arzu İSMAYIL