60 il əvvəl oğurlanmış rəsm əsəri hərracda tapıldı

 18:28 09.06.2023     348

Qaleazzo Kampinin İtaliyanın “Civico Ala Ponzone” muzeyindən 60 il əvvəl oğurlanmış rəsm əsəri Hollandiyada keçirilən hərracda tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Bildirilir ki, muzey işçisi Kampinin işini hərracda tanıyıb, bundan sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

Polisin bildirdiyinə görə, rəsm əsərini hərraca çıxaran şəxs rəsmin bir müddətdir ki, ona məxsus olduğunu və rəsmin haradan gəldiyini xatırlaya bilmədiyini söyləyib.

“Bizim üçün ən önəmlisi işin tapılmasıdır. İtalyanlar çox sevindilər”, - deyə polis sözçüsü Riçard Bronsveyk qeyd edib.

Arzu İSMAYIL