İnstaqrama daha iki yenilik gəlir

 17:26 15.06.2023     525

İnstaqrama daha iki yeni özəllik gəlir.

Redaktor.az xəbər verir ki, yeniliklərdən biri artıq mesaj bölümündə status əvəzinə istədiyiniz musiqini əlavə etməkdir.

Digəri yenilik isə dostlara özəl “story” paylaşımları ilə bağlıdır.

Belə ki, iddialara görə, bundan sonra dostlara özəl paylaşımınızı yalnız dostlarınız görsə də, eyni zamanda siyahıda olmayanlar da belə bir paylaşım etdiyinizdən xəbərdar olacaq. Amma həmin paylaşımın nədən ibarət olduğunu bilməyəcəklər.