Genetiklər yeni düyü çeşidi hazırlayıblar

 10:20 16.06.2023     994

Genetiklər xəstəliyə davamlı yeni düyü çeşidi hazırlayıblar.

Redaktor.az “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Devisdəki Kaliforniya Universiteti məlumat yayıb.

İnkişaf tarixi bir neçə il əvvəl, Pamela Ronald və onun həmkarlarının səyi ilə başlayıb. Onların hər biri fərqli mutasiyaya malik 3200 müxtəlif növ düyü yaradıb. Bu növlər içində bioloq Quotian Li yarpaqlarda tünd ləkələr olan birini müəyyən edib. Məlum olub ki, bu çeşid bakterial infeksiyaya davamlıdır, lakin bitkilər çox kiçik və məhsuldar deyildi.

Onlar daha məhsuldar çeşidlərdə bu müqavimət xüsusiyyətini yenidən yaratmaq üçün mutasiya ilə əlaqəli geni təcrid etmək üçün “CRISPR-Cas9” genomunun redaktə sistemindən istifadə ediblər.

Nəhayət, elm adamları yaxşı məhsul verən və göbələk də daxil olmaqla üç müxtəlif patogenə qarşı davamlı olan düyü genetik xəttini inkişaf etdirə biliblər.

Sahə sınaqlarında, xəstəlikdən təsirlənmiş ərazilərdə əkilən yeni düyü bitkiləri göbələk tərəfindən zədələnmiş nəzarət düyülərindən beş dəfə çox məhsul verib.

Genetiklər ümid edirlər ki, onların çeşidi məhsul itkisi riskini minimuma endirmək istəyən fermerlər arasında tələbatın artımına səbəb olacaq.

Arzu İSMAYIL