14 yaşlı pişik aeroportda işə götürüldü

 09:51 16.06.2023     525

14 yaşlı pişik San-Fransisko hava limanında terapiya heyvanları komandasına qoşulub.

Redaktor.az xəbər verir ki, "Nyu-York Post"un məlumatına görə, Duke Ellington Morris adlı ağ-qara pişik hava limanına gələnlərə uçuşlarla bağlı stressi aradan qaldırmağa kömək edəcək. Duke artıq LiLoo adlı bir donuz və Böyük Alex adlı dovşanı olan hava limanının terapevtik heyvanlar qrupunun ilk pişiyidir.

14 yaşlı pişik bir vaxtlar evsiz olub, xilasedicilər onu San-Fransisko küçələrindən birində tapıb və heyvan sığınacağına göndəriblər. Orada Düke 5 yaşlı qızın diqqətini çəkib, o, valideynlərini pişiyi evə aparmağa razı salıb. Heyvan caz musiqiçisi Dyuk Ellinqtonun adını daşıyır. Yeni sahiblər pişiyin sakit və mehriban təbiətindən heyran qaldılar və Heyvanlara Yardımlı Terapiya Proqramının bir hissəsi olaraq onu "Terapiya Heyvanı" kimi təsdiq ediblər.

On il ərzində Duke heyvan terapevti olaraq "çalışıb", çətin anlarda onlara təsəlli vermək üçün şəhərdəki xəstəxanalarda xəstələrə baş "çəkib".

Tunar Altunbay